Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində müxtəlif qurumların təşkilatçılığı ilə uşaq hüquqlarına dair maarifləndirici tədbirlər keçirilib.
Bakı Biznes Universitetində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edib.
Çıxışlarda uşaqların hüquq və vəzifələri, rəqəmsal mühitdə uşaqların üzləşə biləcəkləri təhlükə və risklər, bu kimi halların qarşısının alınması istiqamətində qabaqlayıcı yanaşmalar, hüquq pozuntuları və onların nəticələri barədə məlumat verib. Mövcud müdafiə mexanizmlərindən biri kimi Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, bu istiqamətdə görülən işlər, Müvəkkilə müraciət imkanları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Təşkil olunmuş tədbirlərdən 240 nəfərdən artıq iştirakçı faydalanıb.