Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və rəhbərlik etdiyi kollektiv Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib

08-11-2026 49 dəfə oxunub
Ombudsman və rəhbərlik etdiyi kollektiv Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Zəfər abidəsini ziyarət ediblər.

Zəfər abidəsi önünə tər güllər və gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür. Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında milli qürur və fəxarət rəmzi kimi əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!