Hüquqlarınızın daha səmərəli müdafiəsi üçün
Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqlar onun yurisdiksiyası altında olan hər kəsi, o cümlədən cəmiyyətin tam və bərabərhüquqlu üzvləri kimi əlilliyi olan şəxsləri də əhatə edir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əlilliyə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin ictimai həyatda iştirakı və sosial inteqrasiyasını, əlilliyi olan şəxslər üçün inklüziv şəraitin yaradılmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər qaydada həyata keçirilməsini diqqətdə saxlayır.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklər, Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin tövsiyələri nəzərə alınmaqla Ombudsman ölkədə Konvensiyanın implementasiyasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizmin funksiyalarını yerinə yetirir.
Bu sorğu əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi və təşviqinə töhfə verilməsi və bu sahədə Ombudsmanın müstəqil monitorinq fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılır.
Sorğuda iştirak etdiyinizə görə minnətdarıq!