Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Laçında şəhid olmuş əsgər Anar Kazımovun dəfn mərasimində iştirak ediblər

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində avqustun 3-də Laçın şəhəri istiqamətində şəhid olmuş əsgər Anar Kazımovun doğulduğu Şəmkir rayon Qaracəmirli kəndində keçirilən dəfn mərasimində iştirak ediblər.

Regional Mərkəzin əməkdaşları şəhidin ailəsinə Ombudsman Səbinə Əliyevanın adından başsağlığı verərək səbir diləyiblər.

Ailə üzvləri ilə görüş zamanı Azərbaycan Ombudsmanı tərəfindən Ermənistanın cinayətkar əməllərinə son qoyulmasına çağırış etmək məqsədilə beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edildiyi diqqətə çatdırılıb.