Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman autizmli şəxslərlə görüşlər keçirib

28-04-2022 198 dəfə oxunub
Ombudsman autizmli şəxslərlə görüşlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan II Autizm Festivalının açılışında iştirak edib.

Ombudsman Səbinə Əliyeva dövlət rəsmilərinin, bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klublarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edərək, iştirakçılara uğurlar arzulayıb.

Festival iştirakçıları ilə görüşü zamanı Ombudsman sərgilənən əl işləri ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra S.Əliyeva Autizm spektr pozuntusu olan uşaqlar üçün Bərpa Mərkəzinə baş çəkib. Ombudsman uşaqların saxlanıldığı şərait, inkişaf dinamikası və reabilitasiya prosesi ilə tanış olub.

Sonda uşaqların hazırladığı əl işləri və bədii çıxışlar təqdim olunub.