Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Yüksəliş” müsabiqəsinin qalibi Ombudsman Aparatında istehsalat təcrübəsinə cəlb olunan tələbələrlə görüşüb

23-05-2022 73 dəfə oxunub
“Yüksəliş” müsabiqəsinin qalibi Ombudsman Aparatında istehsalat təcrübəsinə cəlb olunan tələbələrlə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi mentorluq proqramı çərçivəsində Ombudsman Aparatında “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə və tələbə-gənclər arasında görüş təşkil olunub.

Görüşdə təsisatda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin, habelə Qərbi Kaspi Universitetinin (QKU) Politologiya və Regionşünaslıq ixtisaslarının tələbələri iştirak ediblər.

İnteraktiv təlim metodu ilə keçirilən görüş zamanı əvvəlcə “Yüksəliş” müsabiqəsinin informasiya xarakterli videoçarxı nümayiş olunub. Daha sonra L. Qafarzadə tələbələrə təhsili, karyerası, həmçinin müsabiqə çərçivəsində Ombudsman Səbinə Əliyevanın rəhbərliyi altında həyata keçirdiyi əlilliyi olan şəxslərin hüquqlarına dair layihə barədə məlumat verib.

Bundan əlavə, görüş zamanı tələbələrin sualları cavablandırılıb, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tövsiyələr verilib.

Yekunda Ombudsman Səbinə Əliyevanın bu il keçirilən “Yüksəliş” müsabiqəsi ilə bağlı video formatda çağırışı nümayiş etdirilib.