Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi sosial xidmət müəssisəsi və reabilitasiya mərkəzində keçirilmiş tədbirlərdə iştirak edib

16-06-2022 196 dəfə oxunub
Ombudsmanın nümayəndəsi sosial xidmət müəssisəsi və reabilitasiya mərkəzində keçirilmiş tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Qoy həmişə Günəş olsun” və “Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları” mövzularında növbəti maarifləndirmə tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində və Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində keçirilib.

Agentliyin sədr müavinlərinin, yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin əməkdaşlarının, benefisiarların iştirak etdiyi tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan hüquqi maarifləndirmə tədbirlərinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafında mühüm rola malik olduğunu bildirib. 

Çıxış zamanı son illər sosial baxımdan həssas əhali qruplarından biri kimi əlilliyi olan şəxslərin, o cümlədən uşaq və gənclərin sosial-hüquqi müdafiəsi sahəsində həyata keçirilən hüquqi islahatlar, Ombudsman tərəfindən həmin kateqoriyadan olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda benefisiarların əl işləri nümayiş etdirilib, uşaqlar tərəfindən təqdimatında şeirlər və mahnılar təqdim olunub.