Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

TİHEK nümayəndə heyəti Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və 4 saylı çəzaçəkmə müəssisəsinə baş çəkib

20-07-2022 84 dəfə oxunub
TİHEK nümayəndə heyəti Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və 4 saylı çəzaçəkmə müəssisəsinə baş çəkib

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) və onun Milli Preventiv Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi və 4 saylı çəzaçəkmə müəssisəsində olub.

Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri ilə birgə başçəkmə həyata keçirilib, qonaqlara ölkə təcrübəsi və Ombudsmanın Milli Preventiv Mexanizm çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.

TİHEK nümayəndələri Penitensiar Xidmətin bu müəssisələrində yaradılan şəraitlə, saxlanılan şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, TİHEK-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən başçəkmələr Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti ilə yaxından tanışlıq məqsədi daşıyır.