Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər

21-10-2022 3279 dəfə oxunub
“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 20 illik yubileyinə həsr edilmiş “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı iştirakçılarının da olduğu nümayəndə heyəti oktyabr ayının 21-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Səfərin əsas məqsədi Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətləri, habelə tarixi-mədəni abidələrin dağıdılması faktları ilə qonaqları yerində tanış etməkdir.