Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional Mərkəzləri 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirib

08-12-2022 270 dəfə oxunub
Ombudsmanın Regional Mərkəzləri 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş maarifləndirici tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)Şimal-Qərb, Qərb və Cənub Regional Mərkəzləri tərəfindən 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə bağlı maarifləndirmə tədbirləri təşkil edilib.

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə təşkilatçılığı ilə Şəki Reabilitasiya Mərkəzində keçirilən tədbirdə Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının təmininin Ombudsmanın nəzarətində saxlanıldığını vurğulayıb, bu qəbildən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində respublikamızda görülən işlərbarədə danışıb. Eyni zamanda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyanın, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununub müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Növbəti maarifləndirmə tədbiri Beynəlxalq Əlilliyi olan Şəxslər Günü, həmçinin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi və Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi tərəfindən keçirilib. Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının təmini istiqamətində gördüyü işlər, həmçinin gender əsaslı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonda əlilliyi olan qadınların və digər iştirakçıların Ombudsmana müraciətləri Regional Mərkəzin əməkdaşları tərəfindən yerində qəbul olunub, onlara qanunvericilikdən irəli gələn hüquqları izah edilib.

Ombudsmanın Cənub Regional Mərkəzi Masallı rayon Gənclər və İdman İdarəsi və “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Masallı Gənclər Evində və Masallı Sənaye Məhəlləsində yerləşən Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində tədbirlər keçirib. Regional Mərkəzin rəhbəri Ziya İsmayılov ilk növbədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə aparılan islahatlardan danışıb. Bundan əlavə, S.Əliyevanın müvafiq istiqamətdəki geniş fəaliyyətindən söz açaraq əlilliyi olan şəxslərin sosial-hüquqi vəziyyətiilə bağlı məsələlərin daim Ombudsmanın diqqət mərkəzində olduğunu bildirib.