Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb

05-10-2026 74 dəfə oxunub
Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets ilə görüşüb.

Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Səbinə Əliyeva iki ölkənin ombudsman təsisatları arasındakı mövcud səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, ukraynalı həmkarı ilə mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ombudsman təsisatları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dmitro Lubinets səmimi qəbula və qonaqpərvərliyə görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində ombudsman təsisatları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.