Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində 55 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq aparılıb

26-09-2026 41 dəfə oxunub
Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində 55 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq aparılıb

Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi sahəsində müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində əlilliyi olan uşaqların təhsilə əlçatanlığı ilə bağlı monitorinqlər davam etdirilir.

Növbəti monitorinq Bakı şəhəri 55 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Monitorinqin əsas məqsədi həmin məktəbdə eşitmə və nitq qabiliyyəti məhdud şagirdlərin təhsil aldığı xüsusi siniflərdə tədris prosesi barədə məlumat əldə edilməsi olub.

Ombudsmanın nümayəndələri tərəfindən məktəbin direktoru, müəllimlər və loqopedlə, həmçinin xüsusi siniflərdə təhsil alan şagirdlərlə fərdi söhbətlər aparılıb. Bununla yanaşı, xüsusi siniflərdə tədris prosesi izlənilib, şagirdlər üçün tədrisin təşkili ilə bağlı müsbət nümunələr, eləcə də inkişaf imkanları qiymətləndirilib.

Monitorinqin nəticələrinə əsasən, xüsusi siniflərdə təhsil alan şagirdlər üçün loqopedik məşğələlər zamanı istifadə olunan avadanlıq və vasitələrlə təminatın təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib, həmçinin onların digər siniflərdə təhsil alan şagirdlərlə ünsiyyətinin artırılmasına diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib.