Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir.

25-09-2026 134 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib.
MPQ üzvləri tərəfindən müəssisənin yaşayış sahələrinə, o cümlədən cərimə təcridxanasına, tibb-sanitariya hissəsinə, yeməkxanasına və ərzaq anbarına baxış keçirilib. Həmin sahələrdə saxlanma şəraiti, sanitariya vəziyyəti və məhkumların hüquqlarının təmini məsələləri yerində araşdırılıb.
Başçəkmə çərçivəsində təsadüfi seçim əsasında məhkumlarla konfidensial qaydada görüş keçirilib, onların müraciətləri dinlənilib. Qəbul zamanı Ombudsmana ünvanlanan ərizə və müraciətlər qəbul edilib.
Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.