Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Sülh Aylığı” çərçivəsində regionlarda silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib

03-09-2026 34 dəfə oxunub
“Sülh Aylığı” çərçivəsində regionlarda silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzləri tərəfindən regionlarda silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

Tədbirlərdə Aylığın sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi olduğu vurğulanıb, Aylıq çərçivəsində paytaxt və regionlarda maarifləndirmə tədbirlərinin keçirildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, iştirakçılara insan hüquqlarının milli müdafiə mexanizmləri, o cümlədən müstəqil müdafiə mexanizmi kimi Ombudsman təsisatı haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.