Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

03-08-2026 39 dəfə oxunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Respublika Ağsaqqallar Şurasının Cəlilabad Rayon Təşkilatı, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Alar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad rayonunun Alar kəndində maarifləndirici tədbir keçirilib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə "Şəhərsalma və Memarlıq İli: insan hüquqları kontekstində milli və beynəlxalq hüquqi mexanizmlər" mövzusunda çıxış edərək, ölkəmizdə sağlam, təhlükəsiz, əlçatan, inklüziv və dayanıqlı yaşayış mühitinin yaradılması istiqamətində həyata keçirilən islahatlardan danışıb.

Eyni zamanda, əlilliyi olan şəxslər üçün maneəsiz mühitin formalaşdırılması, ətraf mühitin mühafizəsi, şəhərsalma prosesində vətəndaş iştirakçılığının təmin olunması və bərabərlik prinsiplərinin gözlənilməsinin hüquqi əhəmiyyəti diqqətə çatdırılıb, mövzu üzrə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.