Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən silsilə maarifləndirici tədbirlər keçirilib

11-06-2026 111 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən silsilə maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkəmizdə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Cənub Regional Mərkəzi Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında silsilə hüquqi maarifləndirici tədbirlər keçirib.

Tədbirlərdə çıxışı zamanı Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş normalar barədə geniş məlumat verib, iştirakçıları Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumatlandırıb.

Çıxışlardan sonra tədbirlərdə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.