Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

01-06-2026 124 dəfə oxunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 18 may-18 iyun tarixlərində keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

Tədbirlərdə uşaq hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən görülən işlər, habelə Müvəkkil tərəfindən elan olunmuş Aylıq barədə məlumat verilib.

Tədbir iştirakçıları bu əlamətdar günün tarixi, eləcə də uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar barədə geniş məlumatlandırılıb.