Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub

10-04-2026 246 dəfə oxunub
Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub.

Qonaqlar kanalın fəaliyyəti və qlobal media məkanında hədəfləri barədə ətraflı məlumatlandırılıb, xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə tanış olublar.

Sonda Slovakiya Ombudsmanı televiziya kanalına ölkəmizə səfərinin yekunları ilə bağlı müsahibə verib. Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=zJu3uc-3-y8