Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi insan hüquqlarının müdafiə mexanizmlərinə dair DİN-in Polis Akademiyasında mühazirə keçirib

06-04-2026 336 dəfə oxunub
Ombudsmanın nümayəndəsi insan hüquqlarının müdafiə mexanizmlərinə dair DİN-in Polis Akademiyasında mühazirə keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqalib Mahmudov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda interaktiv mühazirə ilə çıxış edib.

Məruzəçi Ombudsman təsisatında müraciətlərin araşdırılması, başçəkmə və monitorinqlərin həyata keçirilməsi, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, habelə onların vəzifəli şəxsləri tərəfindən pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətindən görülən işlər və preventiv mexanizmlər barədə məlumat verib. Bununla yanaşı, mühazirə iştirakçıları Müvəkkilin hüquqi maarifləndirmə istiqamətində fəaliyyəti barədə məlumatlandırılıb.

Eyni zamanda, Ombudsmanın əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətlərində həyata keçirdiyi müstəqil monitorinq mexanizminin funksiyaları barədə də məlumat verilib.

Tədbir çərçivəsində kursantları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.