Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

25-03-2026 255 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin aparılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir.

Ombudsmanın təşəbbüsü ilə rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxda uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı valideynlərin və ümumilikdə cəmiyyətin məlumatlılığının artırılmasının, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunmasına nəzarətin gücləndirilməsinin əhəmiyyəti əks olunub.

Videoçarx ilə buradan tanış ola bilərsiniz.