Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici nəşr hazırlanıb

16-03-2026 434 dəfə oxunub
“Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici nəşr hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində uşaq hüquqlarının təmini və təşviqi, bu sahədə məlumatlılığın artırılması mühüm istiqamətlərdən birini təşkil edir.

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə uşaqların biliklərinin artırılması məqsədilə “Uşaqların hüquqlarını birlikdə qoruyaq” adlı maarifləndirici vəsait hazırlanıb.

Vəsaitdə uşaqların hüquq və vəzifələri, Ombudsman və onun uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, Müvəkkilə müraciət imkanları barədə məlumatlar uşaqlar üçün anlaşılan dildə təqdim olunub.

Vəsait barədə geniş məlumatı keçidə daxil olmaqla əldə edə bilərsiniz.