Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT Ombudsmanlar Assosiasiyası Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayımlayıb

14-03-2026 465 dəfə oxunub
İƏT Ombudsmanlar Assosiasiyası Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayımlayıb

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası (İƏT OA) Naxçıvan Muxtar Respublikasına edilmiş dron hücumları ilə bağlı bəyanat yayımlayıb. 

Bəyanatda 2026-cı il 5 mart tarixində Naxçıvan Muxtar Respublikasına edilmiş hücumların ciddi narahatlıq doğurduğu, mülki infrastrukturun hədəfə alınmasının qəbuledilməz olduğu vurğulanıb. Bu cür hadisələrin mülki əhalinin təhlükəsizliyi ilə yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün də ciddi risk yaratdığı bildirilib.

Eyni zamanda, mülki şəxslərin və mülki infrastrukturun qorunmasının beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri olduğu, sülhün və sabitliyin qorunması naminə beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) göstərilən həmrəyliyə görə təşəkkürünü bildirir və insan hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmətin təşviqi istiqamətində fəaliyyətini davam etdirəcəyini bir daha bəyan edir.