Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər təşkil olunub.
Tədbirlərdə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğu bildirilib, ölkəmizdə bu sahədə həyata keçirilmiş islahatlardan bəhs olunub.