Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

10-12-2025 427 dəfə oxunub
Uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Konstitusiya və Suverenlik uşaqların gözü ilə” mövzusunda elan edilmiş ənənəvi Uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqədə Uğur Quliyev 1-ci yerə, Fidana Qasımova və Yusif Alişanov 2-ci yerə, Fatimə Həşimova, Şəlalə Həsənli və Nərmin Nuralıyeva 3-cü yerə, 12 nəfər iştirakçı isə həvəsləndirici yerə layiq görülərək diplom və hədiyyələrlə mükafatlandırılıb.

Mükafatlandırma mərasimində rəsm müsabiqəsinin münsifi kimi Azərbaycan Respublikasının Xalq rəssamı Ağali İbrahimov təşəkkürnamə ilə təltif edilib.

Müsabiqə qaliblərinin siyahısı ilə keçiddən tanış ola bilərsiniz.