Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi ADU-da tələbələrin təcrübəyə hazırlığına həsr olunmuş görüşdə iştirak edib

27-11-2025 484 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi ADU-da tələbələrin təcrübəyə hazırlığına həsr olunmuş görüşdə iştirak edib

Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin təcrübəyə hazırlanması və onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək məqsədilə “Tələbələrin təcrübəyə hazırlığı və əmək bazarı nümayəndələri ilə görüş: tövsiyələr, təlimatlar və təkliflər” adlı tədbir təşkil edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə “ADU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və tərcümə ixtisaslarını bitirən məzunların əmək bazarında yeri və rolu” mövzusunda çıxış edərək, Ombudsman Aparatında tələbələr üçün yaradılan təcrübə imkanları, burada qazanılan praktiki bilik və vərdişlərin gələcək peşəkar fəaliyyətə təsiri, eləcə də müvafiq dövlət qurumlarında işə qəbul prosesində tələb olunan əsas kompetensiyalar haqqında ətraflı məlumat verib.

Eyni zamanda, Ombudsmanın dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə  insan hüquqları pozuntularının qarşısının alınması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, o cümlədən beynəlxalq təşkilatlar, milli insan hüquqları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində təqdim olunan məlumatların tələbələrin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Tədbirdə, həmçinin əmək bazarının tələblərinə dair praktiki tövsiyələr verilib.