Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü əsasında nifrət nitqi və ksenofobiyanın qadağası ilə bağlı maarifləndirici vəsait hazırlanıb

21-07-2025 878 dəfə oxunub
Ombudsmanın təşəbbüsü əsasında nifrət nitqi və ksenofobiyanın qadağası ilə bağlı maarifləndirici vəsait hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri bərabərliyin təmini və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlıdır.

Bərabər rəftar və ayrı-seçkiliyə məruz qalmama hüququ, eləcə də ifadə azadlığı fundamental insan hüquq və azadlıqlarından biridir.

Bu istiqamətdə ictimai məlumatlılığın artırılması məqsədilə Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə "Nifrət nitqi və ksenofobiya ilə mübarizə kontekstində ayrı-seçkiliyin qadağan olunması prinsipi və ombudsmanların rolu” adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

Sözügedən vəsaitdə nifrət nitqinin anlayışı, növləri, əlamətləri barədə geniş məlumat verilir, nifrət nitqinin və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində mövcud olan beynəlxalq sənədlərdə təsbit olunmuş normalar, tətbiq olunan qabaqcıl beynəlxalq təcrübələr təhlil edilir, eləcə də bu istiqamətdə ombudsmanların həyata keçirdikləri fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat təqdim olunur.