Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

03-07-2025 696 dəfə oxunub
Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuraya sədrlik edib.

Müdafiə prosesində 6 magistrantın dissertasiya işləri müdafiəyə təqdim olunub. Məruzələrdən sonra Ombudsman və Şura üzvləri tərəfindən magistrantlara suallar verilib, mülahizələr oxunub, eyni zamanda, mövzu üzrə praktiki məsələlərin müzakirəsi aparılıb.

Yekunda dissertasiya işləri yüksək qiymətləndirilib və magistrantların müdafiəsi başa çatıb. Ombudsman magistrantların hər birini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.