Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında və regional mərkəzlərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

16-06-2025 123 dəfə oxunub
Ombudsman Aparatında və regional mərkəzlərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və regional mərkəzləri tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması, hüquqi, demokratik dövlət quruculuğu, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsi, insan hüquq və azadlıqlarının təmini sahəsində görülmüş işlər diqqətə çatdırılıb.

Ulu Öndərin dövlətçilik ənənələrinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.