Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın fəaliyyəti çərçivəsində bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlanıb

21-05-2025 77 dəfə oxunub
Ombudsmanın fəaliyyəti çərçivəsində bərabərlik hüququnun təmininə dair sosial videoçarx hazırlanıb

Bərabərlik hüququ və bərabər hüquqi rəftar hüququn hamılıqla qəbul edilmiş bir prinsipidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin də əsas qayəsi hər bir kəsin ayrı-seçkiliyə məruz qalmadan bərabər şəkildə hüquqlardan istifadə etməsidir.

Azərbaycanda hüquq bərabərliyinin təmin olunması və ayrı-seçkiliyn aradan qaldırılması dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir və hazırda qüvvədə olan milli qanunvericilikdə ayrı-seçkiliyin qadağan olunmasına, hüquq bərabərliyinin təmini və təşviq edilməsinə yönəlmiş müddəalar vardır.

Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən Azərbaycan Ombudsmanı bütün digər hüquqlarla yanaşı, insanların bərabərlik hüququnun müdafiəsi və təşviqi sahəsində mühüm səlahiyyətlərə malikdir.

Bərabərlik hüququnun təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ictimai məlumatlılığın artırılması zərurətini nəzərə alaraq Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə sosial videoçarx hazırlanıb. 

Videoda mültikulturalizm və çox millətlilik kimi dəyərlərin daima qorunub saxlandığı ölkəmizdə əhalinin müxtəlif həssas qrupları da daxil olmaqla, bütün şəxslərin eyni hüquq və azadlıqlara malik olduğu, heç kimin qanunla müdafiə edilən və malik olduğu əlamətlərə, yəni, cinsinə, irqinə (dərisinin rənginə), məhkumluq keçmişinə, əlilliyə, yaşına, dininə və sairə xüsusiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmasının yolverilməz olduğu qeyd edilir. Habelə, gender bərabərliyi baxımından kişi və qadınların eyni hüquq və azadlıqlara, eləcə də ailədə, xüsusilə övladlarına qarşı ümumi öhdəliklərə sahib olduğu diqqətə çatdırılır.

 

Videoçarx ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://bit.ly/4ks3hor