Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib

14-06-2024 951 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib

BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) Birgə Proqramının çarpaz yanaşmalar və ilkin şərtlərlə əlilliyin inklüzivliyinin inkişafına dair giriş təlimi çərçivəsində “Heç kəs kənarda qalmamalı: Əlillik inklüzivliyinə keçidə tələb olunan mühitin yaradılması” adlı təlim-seminar keçirilib.

BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının Azərbaycandakı nümayəndəliklərinin, aidiyyəti dövlət qurumlarının, habelə əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatlarının təmsil olunduğu həmin təlimdə Ombudsman Aparatının nümayəndəsi qismində Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Şəhla Aslanova iştirak edib.

Altı gün davam etmiş təlim çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının müddəaları təhlil edilməklə əlillik anlayışı, əlilliyi olan şəxslərlə bağlı yanaşmalarda tətbiq olunmalı ilkin şərtlər, sektorlararası koordinasiya, hesabatlılıq, əlillik və gender həssaslığı, habelə iqlim dəyişikliyinin mümkün təsirləri kimi mövzular əhatə olunub. Eyni zamanda, Konvensiyada təsbit olunmuş hüquqlar və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri arasında qarşılıqlı əlaqə, inklüzivliyin və müyəssərliyin təşviqi mövzusuna toxunulub.

Təlimdə iştirakçılar arasında aidiyyəti mövzular üzrə qrup işləri formasında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Müzakirələr zamanı Ş.Aslanova “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliyə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın təşviqi və monitorinqi üzrə müstəqil monitorinq mexanizminin səlahiyyətlərinin Ombudsmana verildiyini diqqətə çatdırıb. 

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.