Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

28-02-2024 945 dəfə oxunub
Ombudsman Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikası Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili İnstitutunun 29 illiyinə həsr olunmuş “İnsan hüquqları - dövlətlərin davamlı inkişafında mühüm amil” mövzusunda beynəlxalq konfransa onlayn qaydada qoşularaq “Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyinin və əlilliyi olan şəxslərin hüquqlarının təmini” mövzusunda məruzə ilə çıxış edib.

Ombudsman ölkəmizdə gender bərabərliyinin təmini, əlilliyi olan şəxslərin, uşaqların, qadınların, habelə əhalinin digər sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə məlumat verib, bu sahədə milli qanunvericilik bazasının formalaşdırılmasının, bir sıra beynəlxalq müqavilələrin ölkə tərəfindən ratifikasiya edilməsinin və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb. 

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişiklikləri qeyd edərək, əlilliyi olan şəxslər, uşaq hüquqları haqqında konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının yerinə yetirilməsi üzrə yeni səlahiyyətləri haqqında məlumat verib.

Ombudsman fəaliyyətinin təkmilləşdirilməsi sahəsində təsisatda aparılan struktur islahatlarından danışaraq, ölkənin iştirakçısı olduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təşəbbüslərin artırılması, insan hüquq və azadlıqlarının, eləcə də gender bərabərliyinin, əlilliyi olan şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu və bu prosesin davam etdirildiyini bildirib.

Konfransda, həmçinin insan hüquqlarının təmin edilməsində milli insan hüquqları institutlarının parlament və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, rəqəmsallaşma kontekstində insan hüquqlarının qorunmasının aktuallığı, dayanıqlı inkişaf məqsədlərinə çatmaqda gender bərabərliyinin və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, eləcə də əmək münasibətlərinin təminatları və layiqli əmək şəraitinin yaradılması məsələləri müzakirə olunub.