Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndələri əmək qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş konfransda iştirak ediblər

01-06-2018 210 dəfə oxunub
Ombudsman Aparatının nümayəndələri əmək qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş konfransda iştirak ediblər

Ombudsman Aparatının əməkdaşları Əli Heybətov, Rəşad Novruzov və Müqalib Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusuna həsr olunmuş konfransda iştirak ediblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Milli Elmlər Akademiyasının və digər aidiyyəti qurumların nümayəndələri, o cümlədən BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ölkə ofisinin əmək haqqı üzrə mütəxəssisi Nikolas Ştuder, Şeffield Universitetinin professoru Jason Heyes iştirak ediblər.

Konfransda beynəlxalq təcrübədə əmək münasibətlərinin anlayışı, qeyri-standart məşğulluq formaları, seçilmiş ölkələrin bu sahədə hüquq təcrübəsi, Avropa İttifaqında qanunvericliyin tətbiqinə məsul orqanların təcrübəsi, konkret halların təhlili, bununla əlaqədar Azərbaycandakı vəziyyətlə bağlı məruzələr dinlənilib. 

Tədbirdə BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”ndan, BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində ölkəmizdə aparılan işlər müzakirə olunub, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə əlaqədar görüləcək işlər barədə məlumat verilib, bu istiqamətdə gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 

Konfransda qanunvericilikdə mövcud boşluqlar, onların aradan qaldırılması məsələləri muzakirə olunmuş, əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər təhlil edilib.